
“AG Telekom” MMC KATV1
Fəaliyyətdə olduğu qısa müddət ərzində telekommunikasiya sahəsində bir sıra texnoloji yeniliklər , innovativ həllər və müasir xidmətlər göstərən “High Tech Enterprise” MMC Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biri olan KATV1 (“AG Telekom” MMC) ilə yeni əməkdaşlığa başlamışdır. Hər iki şirkət yaxın gələcəkdə fəaliyyətlərinin genişləndirilməsi ilə yanaşı, eləcə də telekommunikasiya texnologiyaları sahəsində dünyada son nailiyyətlərin tətbiqini planlaşdırır.
“AG Telekom” MMC -nin nümayəndə heyəti laboratoriyamızda şəbəkə və digər avadanlıqların təmiri, proqramlaşdırılması prosesini yaxından izləmiş, mərkəzimizdə göstərdiyimiz xidmətlər barədə müsbət təəssüratlarını bizimlə bölüşmüşlər.
Müştəri məmnuniyyətini hər zaman ön planda tutaraq mərkəzimizə təmir üçün daxil olan avadanlıqların və ya sorğuların qısa müddət ərzində diaqnostikası və bərpası həlləri ixtisaslaşmış mühəndislər tərəfindən həyata keçirilir.
